Accessibility links

Hikmət Hacızadə: Senzura yoxdur, tənqidi yazının sonluğu da bəlli deyil  


Blogerlər Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Baklda kafelərin birində insidentdən sonra həbs olunub. Bloggerlərə 2 nəfərin onlara qarşı fiziki təzyiqlə bağlı şikayət edib. Nəticədə blogerlərin özü həbs edilib. Məhkəmə Emin Milli və Adnan Hacızadəni Cinayət Məcəlləsinin bədənə az xəsarət yetirmə maddəsi ilə ittiham edib və Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il iş verib. Blogerlər həbsi siyasi sifariş kimi dəyərləndirib. Çoxsaylı beynəlxalq, yerli hüquq müdafiə təşkilatları, bir sıra hökumətlər Azərbaycan hökumətini blogerləri həbsdən azad etməyə çağırıb. Dünyanın aparıcı televiziyaları, media orqanları blogerlərin həbsinin internetdə yerləşdirdikləri tənqidi səhnəciklə bağlı olduğunu şərtləndirib.
Bloger Adnan Hacızadənin atası Hikmət Hacızadə “Amerikanın səsi” radiosuna müsahibəsində oğlunun həbsindən sonra ailəsinin mənəvi əzab çəkdiyini bildirib.“Oğlum qanunsuz həbs edilib və həbsin səbəbi qaranlıqdır. Oğlumun günahı yoxdur. O internetdə tənqidi səhnəcik yerləşdirib. Burada isə təhqirdən söhbət gedə bilməz”.
Cənab Hacızadə oğluna qarşı məhkəmə qərarını ədalətsiz adlandırıb. “Məhkəmə oğlumun müdafiəçilərinin sübutlarını nəzərə almadı. Qarşı tərəfin cinayət etməsi ilə bağlı şəkilləri sübutlar sırasına daxil etmədi”.
O Azərbaycanda fikir azadlığı barədə danışarkən deyib ki, ölkədə senzura yoxdur. “Həqiqətən nə istəyirsən yazıb dərc etdirə bilirsən. Ancaq yazına görə həbs və ya fiziki təzyiqə məruz qalacağın məlum deyil. Ola bilər ki, daha sərt tənqidə görə diqqət mərkəzində olmayasan, ola da bilər ki, yüngül tənqidə görə təzyiqə məruz qalarsan Bunun bir yazılmamış norması müəyyən edilməyib”, - deyə o qeyd edib.

XS
SM
MD
LG