Accessibility links

Bakı şəhəri bir neçə saat işıqsız qalıb


Bu gün yerli vaxtla saat 12 radələrində paytaxt Bakıda və respublikanın bir sıra regionlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bəzi məntəqələrdə fasilələr 4-5 saatadək davam edib.

Bakı metropolitenində qatarların hərəkəti dayanıb və minlərlə sərnişin qaranlıq tunellərdə qalmalı olub. Metropoliten işçiləri, Fövqəladə Hallar nazirliyi və polisin xilasediciləri insanları tunellərdən evakuasiya edib.

Zərərçəkənlərlə bağlı məlumat verilmir.

“Azərenerji” Səhmdar Cəmiyyəti elektrik enerjisinin verilişində yaranana fasiləni yüksək gərginlikli elektrik xətlərində açılmalarla bağlı olduğunu deyib. Ancaq qəzanın səbəi barədə hər hansı məlumat verilmir.

"Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatına görə, problem aradan qaldırılıb, ancaq hadisənin nəyə görə baş verməsi məlum deyil. "Saat 12.00 radələrində Bakı şəhərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Abşeron yüksək gərginlikli xətdə açılma baş verib”.


XS
SM
MD
LG