Accessibility links

Şri Lankada hökumət tərəfdarları və müxalifət arasında toqquşma baş verib


Şri Lanka paytaxtı Kolomboda hökumət tərəfdarları və prezident seçkilərində məğlub olmuş namizədin Sarath Fonsekanın həbsinə etiraz edən müxalifət fəalları arasında toqquşma baş verib.

Minlərlə nümayişçi bu gün Kolomboda Ali Məhkəmənin binası qarşısına toplaşan zaman iqtidar tərəfdarları onların qarşısında çıxaraq onlara daş atmağa başlamışdır.

Polis qarşıdurmaya mane olmaöa çalışıb. Şahidlərin bildirdiyinə görə, bir neçə adam yaralanıb.

Müxalifət fəalları hökumət əleyhinə fəaliyyət göstərmək ittihamları ilə həbs edilmiş hərbi qüvvələrin keçmiş komandiri Fonsekanın azad edilməsini tələb edirlər.

Fonseka keçən ay prezident seçkilərində prezident Mahinda Racapaksaya məğlub olmuşdur. Lakin istefada olan generallar və onun müttəfiqləri seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.

Şri Lankanın Mərkəzi Seçki Komissiyası pozuntuların baş verdiyinə dəlil olmadığını bəyan edib.

XS
SM
MD
LG