Accessibility links

Əfqanıstandakı koalisiya qüvvələri Taliban yaraqlılarını istehkamlarından çıxarmışlar


Əfqanıstandakı koalisiya qüvvələri Taliban yaraqlılarını istehkamlarından çıxarmışlar
Əfqanıstandakı koalisiya qüvvələri Taliban yaraqlılarını istehkamlarından çıxarmışlar
<!-- IMAGE -->

Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələri bu gün Helmənd vilayətinin cənubunda geniş miqyaslı əməliyyatlar apararaq, Taliban qüvvələrini sonuncu əsas istehkamlarından çıxarmışlar. Birləşmiş Ştatlar və Britaniyanın 15,000-ə qədər hərbi qüvvəsinin 2001-ci ildən bəri birgə həyata keçirdikləri ən iri hərbiəməliyyatlarda əsas hədəf Mərcah yaşayış məntəqəsidir.

Dünən keçirilən əməliyyatlar zamanı koalisiya qüvvələrinin atdığı iki raket hədəfindən kənara düşərək səhvən12 mülki vətəndaşın ölümünə səbəb olub. NATO bu insidentin məsuliyyətini öz üzərinə götürmüş və ABŞ baş komandanı, general Stenli MakKristal Əfqanıstan prezidenti Həmid Karzaydan üzr istəmişdir. Əfqanıstan rəsmiləri isə NATO qüvvələrinin birgə keçirdikləri əməliyyatlar nəticəsində azı 27 yaraqlının öldürüldüyünü bildirmişlər.

XS
SM
MD
LG