Accessibility links

Britaniya və Avropa Birliyinin monitorinq missiyası İmedi televiziyasını saxta reportaja görə tənqid edib

<!-- IMAGE -->

Britaniya və Avropa Birliyinin monitorinq missiyası Gürcüstanın özəl televiziya şirkətini Rusiyanın hərbi müdaxiləsinə dair saxta xəbərləri yayımlamasına görə tənqid edib.

İmedi televiziyasının Rusiya tanklarının paytaxt Tbilisi istiqamətində hərəkət etdiyi və prezident Mixail Saakaşvilinin öldürüldüyü haqda saxta məlumatlar verilən proqramını şənbə günü efirdə göstərməsi hələ də 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin təsiri altında olan bəzi tamaşaçılar arasında təlaşa səbəb olmuşdu.

Avropa Birliyinin 2008-ci ildə atəşkəs rejimini monitorinq edən missiyasından bildirilib ki, proqram Cənubi Osetiya və Abxaziyanı Gürcütandan ayıran de-fakto sərhəddə zorakılıqlara səbəb ola bilər.

Britaniyanın səfiri Denis Kife proqramı məsuliyyətsizlik adlandırıb və saxta reportajda onun arxiv materiallarında saxlanılan video görüntülərinin nümayiş etdirilməsini qınamışdır.

XS
SM
MD
LG