Suriya prezidenti Bəşşar əl-Əsəd Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına rol oynamağa hazır olduğunu deyib.
Cənab Əsəd bu açıqlamaları Ermənistan prezidenti Serj Sarkisyanın ölkəyə üç günlük səfər zamanı bu gün Dəməşqdə verib.
İki ölkə arasında enerji və ticarət də daxil olmaqla, 10 sahədə əmkədaşlığa dair müqavilələr imzalanıb.
Ermənistan prezidenti Suriya ilə ölkəsi arasında münasibətlərə yüksək dəyərləndirib.
Ermənistanin ictimai radiosunun verdiyi məlumata görə, prezident Sarkisyan Suriyanı Ermənistanı ərəb və müsəlman dünyası ilə birləşdirən körpü adlandırıb.