Cənubi Koreyanın gündəlik “Chosun” qəzeti Şimali Koreyanın keçən dörd il ərzində nüvə silahları inkişafını sür’ətləndirmək məqsədilə onlarla nüvə sınağı keçirdiyini yazır. Cənubi Koreyanın kəşfiyyat orqanlarının rəsmi nümayəndələrinə istinad edən qəzet 70-yə yaxın sınağın keçirildiyini qeyd edir. Qəzetin yazdığına görə, bu informasiya Birləşmiş Ştatların hərbi kəşfiyyatı tərəfindən verilmiş və iki həftə bundan əvvəl Vaşinqtonda təhükəsizliklə əlaqədar yüksək səviyyədə keçirilən danışıqlar zamanı Cənubi Koreyanın rəsmi nümayəndələrinə çatdırılmışdır. Hələlik, nə Birləşmiş Ştatlar, nə də Cənubi Koreyanın rəsmi nümayəndələri bununla bağlı şərh verməmişlər.