Accessibility links

İraqla müharibə qlobal iqtisadiyyata necə təsir edə bilər - 2003-01-20


Birləşmiş Ştatlarda təhlilçilər Səddam Hüseyn tərksilah tələblərini yerinə yetirməsə, başlayacaq müharibənin nəyə başa gələcəyini müzakirə edirlər. Bə’zi iqtisadçılar müharibənin qlobal iqtisadiyyatı şok vəziyyətinə saslacağını və neft qiymətlərinin kosmik sür’ətlə qalxacağını söyləyirlər. İqtisadi modelləri nəzərdən keçirən təhlilçilərin fikrincə, İraqla müharibə dünya iqtisadiyyatına və istehlakçılara böyük tə’sir göstərəcək. Təhlilçilər bir neçə ay sürdüyü halda, müharibənin aksiya bazarlarında qiymətlərin enməsinə, istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsinə və neft qiymətlərini qalxması ilə insflasiyaya gətirib çıxaracağını deyirlər. Ağ Evdə və Birləşmiş Ştatlar Konqresində iqtisadi məsələlər üzrə məsləhətçi Coel Parkenin fikrincə, İraqla müharibə dərhal neft qiymətlərinin artmasına gətirib çıxaracaq və bunun da bütün dünyada istehlakçılara böyük tə’siri olacaq. “Bundan sonra neft qiymətləri qalxacaq və bunun nəticəsində yaranmış inflasiya dalğası Birləşmiş Ştatlarda istehlakçıların real gəlirlərinin azalmasına və onların maddi rifah halının dəyişməsinə gətirib çıxaraq. Bu isə Bilrəşmiş Ştatlarda və ümumən, bütün dnüyada istehlak qabiliyyətinin aşağı enməsinə səbəb olacaq.”

Digər iqtisadçılar hesab edir ki, hazırkı neft qiymətləri müharibə dövrü üçün yüksək həddi artıq əks etdirir və bundan sonra qiymətlərin bir qədər də artmasının o qədər ciddi tə’siri olmayacaq. Başqalarının fikrincə, müharə bitəndən sonra İraq daha artıq neft istehsal edəcək və buna görə də neft qiymətləri kəskin aşağı enəcək. Amma hadisələrin gedişindən asılı olmayaraq, iqtisadçılar investorlar, biznesmenlər və hökumət nümayəndələrinin iqtisadi məsələlərin həllində artıq mümkün müharibəni nəzərə aldıqlarını deyirlər. Təhlilçilər arasında ikinci Körfəz müharibəsinin qısa olacağını və buna görə də iqtisadi nəticələrin bir o qədər də ciddi olmayacağını söyləyirlər. Bu nikbinliyi hamı bölüşmür. Almaniyanın Döyçe bankında beynəlxalq iqtisadi məsələlər bölməsinin prezidenti Ştefan Şnayder deyir ki, Avropalılar müharibənin Yaxın Şəqrdə sabitliyi pozarar bütün dünya üçün ciddi iqtisadi problemlər gətirəcəyindən narahatdırlar. “Avropalılar hesab edirlər ki, Birləşmiş Ştatlar İraqla sərt oyuna başlasa, qələbə çalacaq. Amma Avropalıları ən çox regionda kövrək sabitlik narahat edir. Özü də söhbət məsələn, təkcə İordaniyadan getmir. Səudiyyə Ərəbistanında hakimiyyət devrilsə onda nə olacaq? Onda biz başlayacağıq iqtisadi ssenarilər cızmağa. Ən pis ssenario müharibənin bir neçə həftə uzun çəkəcəyi deyil, odur ki, bütün regionda sabitlik pozula bilər.”

Təhlilçilər Qərb dövlətlərinin təkcə iqtisadi məsələlərdən narahat olmadıqlarını deyir. Burada mümkün müharibədən sonra İraq iqtisadiyyatının bərpasının ərəb dünyası ilə münasbitlərə tə’sirindən gedir. Binrinci Körfəz müharibəsindən sonrakı dövr iqtisadi tənəzzül, bundan sonra isə güclü iqtisadi artım müşahidə olunmuşdu. O zaman müharibə uzun sürməmişdi. Bu gün bədbin proqnozlar söyləyən iqtisadçılar münaqişənin uzun sürərək dünyanı daha ciddi iqtisadi tənəzzülə sürükləyəcəyindən narahatlıqlarını ifadə edilər. Lakin hərbi kampaniyanın qısa müddətli olacağını söyləyənlər deyirlər ki, ilk şok müharibə bitəndən sonra bir il ərzində dünya iqtisadiyyatında çox güclü sıçrayışla əvəz olacaq.

XS
SM
MD
LG