Accessibility links

Öcalanın hüquqlarının tapdalandığı deyilir - 2003-03-12


Avropanın insan hüquqları məhkəməsi bu gün Strasburgda keçirdiyi iclasında bildirib ki,1999-cu ildə Ocalana qarşı Türkiyədə keçirilən hərbi tribunalda müttəhimin hüquqları tapdalanmış, ona vəkil tutmağa icazə verilməmişdi. Avropa məhkəməsi Ocalanın vəkillərinə hüquqi xərclər üçün 110 min dollar məbləğində pul ödənilməsi haqqında hökm çıxarıb. Məhkəmə Ocalanın vəkillərinin irəli sürdükləri bir sıra ittihamlarını rədd edib. Bu ittihamlar arasında Türkiyə hökuməti tərəfindən Ocalanın söz və dini azadlığının tapdalanması da var. Məhkəmə həmçinin bildirib ki, Ocalanın 1999-cu ildə Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Keniyada yaxalanması Avropa İnsan hüquqlarının qanunlarına zidd deyildir. Məhkəmənin 7 hakimindən altısı deyib ki, Ocalanın ədalətsiz məhkəmədə edama məhkum olunması Avropa insan hüquqları konvensiyasına uyğun deyildir. Avropanın insan hüquqları məhkəməsi hər iki tərəfə bu məsələ barədə appelyasiya məhkəməsinə müraciət etmək üçün vaxt verib. Ocalanı hazırkı anda Türkiyənin uçqar bir adasında həbsdə saxlayırlar. Ocalan həbs edildikdən sonra, tərəfdarlarına atəşkəs üçün müraciət etmişdi. Onlar da buna riayət edirlər. Keçən il oktyabr ayında Ocalanın edam hökmü ömürlük həbs casına əvəz edilib. Türkiyənin iki həmkarlar İttifaqı məhkəmənin bu hökmünü appelyasiyaya verib. Türkiyənin edam hökmünü ömürlük həbs cazası ilə əvəz etməsinin səbəbi onun Avropa Birliyinə üzv olması ilə əlaqədardır.

XS
SM
MD
LG