Accessibility links

Prezident Əliyevin vəziyyəti pisləşib - 2003-04-21


Bu gün axşam saat 18:00 radələrində Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən prezident Heydər Əliyevin vəziyyəti kəskin pisləşib. 80 yaşlı Əliyev əlilə ürəyini tutaraq yerə çöküb. Dərhal səhnəyə qaçan cangüdənlər dövlət başçısını səhnədən aparıblar. Prezidentin həkimləri də dərhal Respublika sarayına çağırılıblar. Respublika Sarayından canlı yayım dayandırılıbə iclas zamanı 20 dəqiqəlik fasilə elan olunub. Zalda olan rəsmi şəxslər baş verənləri şərh etmir. Heydər Əliyev cangüdənlər onu səhnədən apardıqdan 10 dəqiqə sonra yenidən gurultulu alqışlar altında səhnəyə qayıdıb. "Mən danışanda çox narahat oldum, həyəcanlandım, çünki Naxçıvanski adına hərbi məktəb mənə övlad kimi çox əzizdir. Mən danışanda mənə təkcə dostlar deyil, həm də məni istəməyənlər baxırdılar və onlar məni gözə gətirdilər"- deyə Əliyev səhhətinin pisləşməsilə bağlı bildirib. Səhnəyə qayıdaraq çıxışını davam etdirən Heydər Əliyev ikinci dəfə huşunu itirərək yıxılıb. Mühafizəçilər onu səhnədən yenə də aparıblar. Təntənəli mərasimdən canlı yayım yenidən dayandırılıb.

Rəsmi reaksiya daxil olub

Heydər Əliyevin bu gün Respublika Sarayında çıxışı zamanı huşunu itirməsinə səbəb arterial qan təzyiqinin ani olaraq kəskin surət aşağı düşməsi olub. Bu barədə prezidentin mətbuat xidməti bu gün saat 21.20-də məlumat yayıb. Mənbənin məlumatına görə, prezidentin qan təzyiqi normallaşıb və hazırda o özünü normal hiss edir.--

XS
SM
MD
LG