Accessibility links

ABŞ Səddamın həbsinə yardım edən şəxsə 25 milyon dollar vəd edir - 2003-07-03


Birləşmiş Ştatlar Səddam Hüseynin həbsinə yardım göstərən, ya da onun öldüyünü təsdiq edən şəxsə 25 milyon dollar məbləğində, onun oğlu Uday və Qusayın hər birinin həbsinə yardım edən şəxsə idə 15 milyon dollar məbləğində mükafat verəcəyini vəd edib. Bu arada, İraqın şimalında Amerika hərbi qüvvəslərinə edilən üç hücumda 10 Amerika əsgərinin yaralandığı bildirilir. Amerika hərbi qüvvələrinin nümayəndəsinin bildirdiyinə görə, Baqdadda baş verən iki hücumdan birində piyada qüvvələrin bir keşikçi yaralanıb. Şahidlər Baqdadın mərkəzində maşında olan bir şəxsin Amerikanın hərbi maşınına qumbara atması nəticəsində bir əsgərin yaralandığını deyirlər. Bununla belə, hərbi qüvvələrinin nümayəndəsinin dediyinə görə, bu hücumda 3 əsgər yaralanıb. Şahidlər habelə Amerika əsgərlərinin hücumçuları atəşə tutduğunu və bunun nəticəsində kənarda duran bir iraqlının öldüyünü, bir neçəsininsə yaralandığını bildirirlər. Üçüncü hücum Baqdadın 100-kilometr qərbindəki Ramadi şəhərində həyata keçirilmişdir. Hadisə nəticəsində 6 əsgər yaralanmışdır.

XS
SM
MD
LG