Accessibility links

ABŞ prezidentinin səhhəti ə'ladır - 2003-08-03


Prezidentin səhhəti Amerika Birləşmiş Ştatlarında da diqqətə səbəb mövzudur. Prezident Buş hər il tə’tilə getməzdən əvvəl tibbi müayinədən keçir. Dünən 57 yaşlı ABŞ prezidenti müayinədən keçirən həkimlər onun sağlamlığının ə’la oluğunu qeyd etmişlər. Prezident Buşun müayinəsindən sonra Vaşinqton yaxınlığındakı Milli Hərbi Dəniz tibb mərkəzinin açıqladığı bəyanatda prezidentin fiziki hazırlığının çox yüksək səviyyədə qalmağa davam etdiyi və sağlamlığının onun prezidentlik vəzifəsini icra etməyə imkan verdiyi deyilir. Bu ilin əvvəlində qaçış zamanı Corc Buş sağ ayağının əzələsi dartılmışdı. Həkimlər indi əzələnin tam qaydasında olduğunu da qeyd ediblər. Son tibbi yoxlanışdan sonra cənab Buşun çəkisi iki kiloqram artmışdır. Lakin çəkisinin artnmasına baxmayaraq, orqanizmdə yağlı maddələrin faizi artmayaraq əvvəlki kimi 14 faiz təşkil edir. Ağ Evin mətbuat katibi Skot MakKellan prezidentin çəkisinin artmasını izah edərək qeyd etmişdir ki, Corc Buş hər gün beş kilometrə yaxın məsafə qaçdığına görə bədəndə əzələ kütləsi artmışdır və bu səbəbdən keçən ildən prezidentin çəkisinin artdığı müşahidə olunur. Yoxlamadan sonra həkimlər prezidentin ürəyində problemlərin yaranmaq ehtimalının olmadığı nəticəsinə gəlmişlər. Belə ki, prezidentin nəbzi həkimlər tərəfindən hətta qeyri-adi kimi qiymətləndirilmişdir. Corc Buşun ürəyi dəqiqə 45 dəfə vurur. Onun qan təzyiqi də bir qədər aşağıdır, 110-62-dir. Prezidentin müayinəsi 3 saat çəkmişdir. Bu üç saat ərzində cənab Buşun üzündə və sol qolunda yaranmış kiçik leziyalar götürülmüşdür. Həkimlər deyirlər ki, bu törəmələr günəş şüalarının tə’siri nəticəsində əmələ gəlir və əgər onlar vaxtında dəridən götürülməsələr bu, dəri xərçənginin yaranmasına gətirib çıxara bilər. Amerika prezidenti bədən tərbiyəsinə olduqca sadiqdir. Prezident alkoqullu içkilər qəbul etmir və yalnız bə’zi hallarda siqar çəkir. Dünən tibbi müayinə zamanı prezident Buş Hərbi Dəniz Tibb Mərkəzində müalicədə olan Amerika əsgərlərilə də görüşmüşdür. Hərbi xəstəxanda İraqda yaralanan altı Amerika əsgəri müalicə olunur. Prezident Buş əsgələrə müharibədə göstərdikləri şücaətə görə təşəkkürünü bildirmişdir. Tibbi müayinədən sonra ABŞ prezidenti bir ay müddətinə Texasa yola düşmüşdür. Bütün avqust ayı prezident Amerikanın müxtəlif ştatlarına ara-sıra səfərlər edəcək. Bu səfərlər zamanı prezident ölkədə iqtisadi inkşaf məsələlərini müzakirə edəcək və yenidən prezindent seçilmək üçün maliyyə vəsaitinin toplanılması ilə məşğul olacaq.

XS
SM
MD
LG