Accessibility links

Müşərrəf Kəşmirdə atəşkəsə çağırır - 2003-08-12


Pakistan prezidenti Pərviz Müşərrəf Kəşmirdə cəbhə xətti boyu və Hindistan Kəşmiri ərazisində atəşkəsə çağırıb. General Müşərrəf bu bəyanatı Pakistana səfər etmiş Hindistan qanunvericiləri qarşısında etmişdir. Pərviz Müşərrəf ilk dəfə olaraq bugünkü bəyanatında Hindistan Kəşmirində hökumət qüvvərinə qarşı mübarizə aparan müxtəlif islamçı yaraqlı qruplara tə’sir göstərə biləcəyinə işarə etmişdir. Bununla belə, Pakistan prezidenti Hindistan Kəşmirində “vəhşiliklər” adlandırdığı aksiyalara Hindistanın son qoymalı olduğunu, regionda yerləşdirilmiş hərbi qüvvələrin sayının ixtsar edilməli və Kəşmir liderlərinin siyasi fəaliyyətinə icazə verilməli olduğunu bəyan etmişdir. Hindistan general Müşərrəfin açıqlamalarına əhəmiyyət verməyərək burada yeni bir şey olmadığını bildirmişdir.

XS
SM
MD
LG