Accessibility links

Washington Post: Azərbaycanda hakimiyyət kartları əlində tutur - 2003-08-17


Vaşington Post qəzetinin bu günkü nömrəsində Azərbaycanda yaranmış vəziyyətə böyük bir məqalə həsr edilib. Sovet Sonrası Dövrdə Hakimiyyətdəkilər Kartları Əllərində tutur sərlövhəli məqalənin yanında Azərbaycanda nümayişçilərin, Polisin bir nümayişçini gücdən istifadə ilə nəzarət altına almasının və İlham Əliyevin şəkilləri və Azərbaycanın xəritəsi də verilib. Məqalədə yazılır ki, Bakıda elə bir gün keçmir ki, Əliyevlərə qarşı nümayiş keçirilməsin. Ancaq son günlərdə nümayişlərdə işdirak edən və dəyənəkdən istifadə edən polis tərəfindən tez tez dağıdılan bu qələbəlikləri müstəqilliyin ilk illərində küçələrə çıxan qələbəliklərlə müqaisə etmək olmaz. Müstəgil müşahidəçilər bu dəfə nümayişçilərin hakimiyyətin atadan oğula keçməsinin qarşısını ala bilməyəcəyinə inanırlar.

Bu, keçmiş Sovet Respublikalarındakı siyasi vəziyyətin tipik bir nümunəsidir. Azərbaycan kimi respublikalarda siyasi partiyaların təsis olunmasına və mətbuatın təngidlərinə icazə verilsə də müxalifət hökuməti hakimiyyətdən salmaq üçün həqiqi mənada bir hədə təşkil etmir.

Qərbli diplomatların fikrinə görə Azərbaycanda müxalifətin şansının az olmasının səbəblərindən biri seçki prosesinin düzgün işləməməsidir. Beynəlxalq müşahidəçilər keçən on il ərzində təşkil edilən iki parlament və iki prezident seçkisinin azad və ədalətli keçmədiyini bildirirlər. Digər bir səbəb isə on əsas və əlavə onlarla kiçik partiyadan ibarət müxalifətin vahid bir namized ətrafında birləşə bilməməsidir. Qərbli bir diplomat deyir ki, seçkilərdə saxdakarlıq bir ənənə halına gəlmişdir və siyasi arzu olsa belə bunu dəyişdirmək çətindir. Elə, Əliyevin Partiyasının nəzarətindəki Mərkəzi Seçki Komissiyasının sürgündəki iki namizedin müraciətini rədd etməsi bunun bir nümunəsidir. Prezidentin Keçmiş məsləhətçisi Eldar Namazovun fikrinə görə hakimiyyətdəkilər heç vaxt müxalifətin seçkilərdə qələbə çalmasına icazə verməyəcək. Azərbaycanın BMT-dəki keçmiş işçisi Elşad Nəsirov söyləyir ki, müxalifət partiyaları kimin namized olması barədə öz aralarında mübarizə aparırlar və heç vaxt bir razılığa gələ bilməyəcəklər. Vaşington Post yazır ki, Əliyevi biznes üçün lazımı sabitliyin zamini olaraq nəzərdə tutan Qərbli biznesmenlər də buna bənzər fikirdədirlər.

Bölünmüş vəziyyətdəki müxalifətin liderləri bir ay əvvəl keçirdikləri iclasda birləşmək barədə bir razılığa gələ bilməmişlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, keçən on ildə demokratik bir seçki keçirilə bilmədiyinə görə namizedlərin xalqdan nəqədər himayə gördükləri barədə obyektiv məlumat yoxdur. O söyləyir ki, Azərbaycanda demokratiyanın problemləri olmasaydı və azad seçkilər keçirilə bilsəydi onda seçkilərdə vahid namizedlə iştirak etmək zəruri olmazdı. Musavat partiyasının Başqanı İsa Qəmbər də deyir ki, Əgər hakimiyyət seçkilərin nəticəsini saxtalaşdırmaq istəyirsə namizedlərin sayından asılı olmayaraq bunu eliyəcək.

Qərbli bir diplomatın fikrinə görə İlham Əliyevin qarşısında ən ümidli müxalifət namizedi Rəsul Quliyev ola bilərdi ki, onun isə prezident seçkilərində iştirak barədə müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən rədd edilib.

XS
SM
MD
LG