Accessibility links

Radikal müsəlman din xadimi 4 il həbs cəzası aldı - 2003-09-02


İndoneziya məhkəməsi radikal müsəlman ruhanisi Əbu Bakar Bəşiri dövlət çevirilişində cəhddə müqəssir bilərək onu dörd il həbs cəzasına məhkum edib. Lakin dünyada ən çox müsəlman yaşayan ölkənin məhkəməsi istintaqın Bəşirin Jəmaa İslamiyyə adlı regional terrorçu təşkilatın mənəvi rəhbəri olduğunu sübüta yetirə bilmədiyini qeyd edib. Bəşir belə bir təşkilatın ümümiyyətlə, mövcüd olmadığına təkid etmişdir. O habelə onun barəsində çıxarılan hökmlə bağlı şikayət edəcəyini də bəyan etmişdir. İndoneziya höküməti 65 yaşlı ruhaninin 2000-ci ildə kilsələrdə baş vermiş bir sıra partlayışlarda rolu olduğunu iddia edir. O həmçinin prezident Meöavati Sukarnoputriyə sui qəsd hazırlamaqda da ittiham edilmişdi. Hökümət ittihamçıları məhkəmədən onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş etmişdilər.

XS
SM
MD
LG