Accessibility links

Amerika Türkiyəyə borc verir - 2003-09-22


Birləşmiş Ştatlar ölkə iqtisadiyyatına dəstək məqsədi ilə Türkiyəyə 8.5 milyard dollar məbləğində borc verməyə razılıq verib. Amerikanın maliyyə naziri Con Snou razılığın bu gün Dubayda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun yığıncağında ələ edildiyini bildirib. Cənab Snou bu vəsaitin Türkiyənin iqtisadi islahatları və Amerikanın İraqa müdaxiləsinin Türkiyə iqtiusadiyyatına vurduğu zərərin azaldılmasına yardım edəcəyini deyib. Maliyyə naziri bu borcun Amerikanın Türkiyədən İraqa qüvvə göndərməsi tələbi ilə heç bir əlaqəsi olmadığını bildirib.

XS
SM
MD
LG