Accessibility links

Buş:”Aramızdakı fikir ayrılıqlarına son qoyuldu.” - 2003-09-24


Prezident Buş Almaniya kansleri Gerhard Şroyderlə görüşdən sonra “aramızdakı fikir ayırlıqlarına son qoyuldu” deyə bildirib. Bu, iki liderin İraq müharibəsi ətrafında ağır mübahisələrdən sonra ilk görüşü idi. Cənab Şroyder iki ölkənin fikir ayrılıqlarına son qoymaq üçün birgə işləməli olduğunu bəyan edib. Kansler əlavə edib ki, həm Amerika, həm Almaniya sabit və demokratik İraqın mövcud olmasını istəyir. Gerhard Şroyder İraqa Almaniya hərbi qüvvələrinin göndərilməsinə razı olmamağa davam etmiş, lakin İraq polisi və təhlükəsizlik qüvvələrinin Almaniyada təlim keçməsi təklifini bir daha dilə gətirmişdir.

XS
SM
MD
LG