Accessibility links

Mosul kinoteatrında bomba partlayışı zamanı iki nəfər həlak olub - 2003-09-24


İraqın şimalında kinoteatrda baş verən partlayış nəticəsində iki nəfər həlak olmub azı yeddisi isə yaralanıb. Xəbərlərə əsasən, partlayış Mosul şəhərindəki kinoteatrda pornoqrafik filmin nümayiş etdirildiyi vaxt baş verib. Müharibədən sonrakı İraqda İslamçı yaraqlılar mənəviyyata zidd hesab etdikləri filmləri nümayiş etdirən bir neçə kinoteatra hücumlar təşkil etmişlər. Bu arada, Bağdadda yolun kənarına qoyulmuş bombanın partlayışı nəticəsində bir mülki iraqlı həlak olmuş, 21 nəfər yaralanmışdır. Şahidlərin bilridiyinə əsasən, bomba ABŞ hərbi konvoyunun həmin yerdən keçməsindən bir neçə saniyə sonra partlayıb. Başqa xəbərdə isə bildirilir ki, beş gün əvvəl sui-qəsd cəhdi zamanı yaralanmış İraqın icraedeci şurasının üzvü Akila Əl-Haşiminin vəziyyəti ağırlaşıb.

XS
SM
MD
LG