Accessibility links

Türkiyə prezidenti başıörtülü qadınların bayramda iştirak etməsinə icazə verməyib - 2003-10-29


Bu gün Türkiyədə müasir respublikanın təməlinin qoyulmasının 80-ci ildönümü qadınların baş örtüyü kimi bir siyası mübahisələr mühitində qeyd edilir. Prezident Əhməd Necdet Sezer bayram münasibəti ilə təşkil edilən təntənələrə başı örtülü qadınları də’vət etməmək qərarına gəlib. Bu məhdudiyyət kabinet nazirləri və parlament üzvləri ilə ailə qurmuş bir çox qadına şamil edilib. Türkiyənin hakim ədalət və inkişaf partiyasının üzvləri prezidentin qərarını ayrı-seçkilik kimi qiymətləndirərək, mərasimləri boykot etmişlər. Baş nazir Ərdoğan kabinet üzvlərinə gərginliyin azaldılması məqsədi ilə xanımlarını gəitrməməyə göstəriş verib.

XS
SM
MD
LG