Accessibility links

Sıravi Linçin xilasetmə əməliyyatı zamanı nə baş vermişdi  - 2003-11-18


İraqda hərbi əsir kimi saxlanan Amerika ordusunun sıravi əsgəri Cessika Linçin xilasetmə əməliyyatı zamanı azad edilməsindən yeddi ay keçməsinə baxmayaraq, mart ayında həqiqətən də nə baş verdiyi ətrafında mübahisələr davam edir. Birləşmiş Ştatlarda xəbər başlıqlarının qəhrəmanı olmuş 20 yaşlı Cessika haqqında bu günlər televiyaza filmi nümayiş etidirildi. Sıravi Linçin özü isə yaşadığı hadisələr haqda yeni kitabını nəşr edib. Mart ayında Nasiriyyə şəhəri yaxınlığında İraq hərbi qüvvələrinin qurduğu pusqu zamanı Cessika Linçlə hərbi konvoyunda onunla olan 11 Amerika əsgəri qətlə yetirilmişdi. Sıravi Linç sağ qalmış və doqquz gün sonra Amerikanın hərbi dəniz donanmasının əsgərləri onu azad edənə qədər xəstəxanada saxlanmışdı. Qərbi Virciniya ştatının kiçik Fələstin şəhərindən çıxmış bu gənc Amerika əsgərinin doqquz gün ərzində başına gələnlər və onuin xilasetmə əməliyyatı haqda müxtəlif fərziyyələr irəli sürüldü. Linç buna öz münasibətini bildirir.“Adamlar həqiqəti bilmədikləri halda, əhvalat yarada bilirlər.”

Yazdığı kitab haqda çəkilmiş yeni televiziya filmində Cessika Linç onun xilas edilməsi haqda necə məlumat verildiyi məsələsinə toxundu. Amerika qəzetlərində “Cessika son nəfəsədək vuruşub” başlıqlı yazılardan danışdı. Onun dediyinə görə, Pentaqon hadisələri qəsdən şişirtmişdi. “Mənə elə gəlir ki, burada hərbi qüvvələrə bir ümid vermək istəyirdilər ki, bu müharibədə döyüşməyə dəyər. Mənim silahım işləmədi. Buna görə də mən kiminsə qəhrəmancasına gördüyü işin mənim adıma yazılmasını istəmirəm. Mən buna görə ad qazanmaq istəmirəm. “ Pentaqon əslində, baş verən hadisələrn şişirdildiyini qəbul etməyərək Cessika Linçin konvoyunun hücuma necə məruz qalmasını indiyə qədər təhqiq edir. Sıravi Linçin qəhrəman hesab etdiyi insalardan biri isə, iraqlı hüquqşünas Məhəmməd əl-Rihaifdir. Məhəmməd xəstəxanada tibb bacısı işləyən həyat yoldaşından amerikalı qadının həyatının təhlükədə olduğunu öyrənmişdi. Hadisələr haqda yazdığı kitabında Məhəmməd əl-Rihaif mühafizəçilərə həkim olduğunu deyərək xəstəxananaya daxil olub Cessikanı əsir saxlayan iraqlıların arasında gördüyünü yazır. “İnanın mənə, mən bunu görəndə, gördüyümü zehnimdən çıxarmaq istədim. Orada gördükələrim mənim həyatımı dəyişdirdi.” Sıravi Linç deyir ki, fiziki təzyiqə məruz qaldığı yadından deyil, çünki o günlər o özündə olmayıb. Lakin yeni nəşr olunmuş kitabda tibb işçiərinin onun iraqlılar tərəfindən zorlandığını qeyd etdiyi göstərilir. Lakin bu da Cessikanın yadında deyil. İraqlı hüquqşünas Məhəmməd əl-Rihaif hazırda Birləşmiş Ştatlarda siyasi sığınacaq alıb, lakin indi də Səddam Hüseynə sadiq adamların onu gördüyü işələrə görə tapacaqlarından qorxur. “ Onlar mənim ata evimi yandırıblar. Əkər məni, ya da ailə üzvlərini tapsalar, mən bu işi gördüyümə görə bizi öldürəcəklər.”

Bu yaxınlarda Məhəmməd əl-Rihaif Cessika Linçin Qərbi Vircinayadakı evində oluub, xilasına kömək etdiyi gənc qadınla görüşmək istəmişdir. Lakin Cessika onunla görüşməmişdir, ailəsinin nümayəndəsinin dediyinə görə, Cessika o gün məşğul olubmuş. Cessika onunla görüşməməyinin səbəbini özü belə izah edir: “Mən bunu özüm istədiyim vaxt etmək istəyirəm, mətbuat üzvləri yanımızda olmayanda, ona özüm təşəkkür etmək istəyirəm.”

XS
SM
MD
LG