Prezident Buş və Britaniyanın baş naziri Toni Bleyer qlobal terrorizmi dəf edəcəklərinə bir daha söz veriblər. Britaniyaya üç günlük səfərini başa vurmazdan əvvəl cənab Bleyerin doğma şəhəri Sedgefielddə tələbələr qarşısında çıxış edən Corc Buş ABŞ və Britaniyanın qlobal terorizmi məhv etməli olduğunu bəyan edib. Cənab Bleyer terror hücumlarının hər iki ölkəni qorxuda bilməcəyini demişdir. Baş nazirin bildirdiyinə görə, azadlığa təhlükə gəldikdə, buna bir cavab ola bilər-mübarizə etmək.