Accessibility links

Amerika İraqın borclarının bağışlanmasını istəyir - 2003-12-11


Prezident Buş gələn həftə keçmiş dövlət katibi Ceyms Beykeri Rusiya, Fransa və Almaniyadan İraqın borclarının bağışlanması tələbi ilə regiona göndərməlidir. Qeyd edək ki, bu ölkələr Amerikanın yenidənqurma müqavilələrindən kənar edilmişlər. Ağ Evin nümayəndəsinin bildirdiyinə görə prezident Buş dünən İraq müharibəsinin əleyhinə olan bu üç ölkənin dövlət başçılarına zəng etmişdir. Ceyms Beykerin səfəri ABŞ-ın müdafiə nazirliyinin Rusiya, Fransa və Almaniyanın Amerika hökumətinin 19 milyardlıq müqavilələrində iştirak edə bilməyəcəklərini bildirməsindən sonra elan edilmişdir.

XS
SM
MD
LG