Kaliforniya ştatının rəsmiləri bu gün pop ulduz Maykl Ceksona qarşı uşaqlarla yaxın əlaqəyə girmə təşəbbüsü ilə bağlı rəsmən ittiham irəli sürəcəklər. Cekson və onun vəkilləri ittihamları qəti şəkildə rədd edirlər. Bu arada, Nyu York Post qəzeti Maykl Ceksonun İslam Milləti təşkilatına qoşulduğu haqda xəbərlər yayıb. Bulvar qəzeti kateqoriyasına aid ediən qəzet Ceksonun dinini dünən dəyişdirdiyi yazır. İslam Milləti təşkilatı hələlik heç bir açıqlama verməyib. Bundan əvvəl Ceksonun və onun bir neçə ailə üzvünün İyeqovanın Şahidləri dini qrupuna mənsub olduğu deyilirdi.