Accessibility links

Britaniya terror təhlükəsi haqda xəbərdarlıq edib  - 2003-12-28


Britaniya hökuməti bəzi sərnişin təyyarələrində silahlı mühafizəçilərin yerləşdiriləcəyini bildirib. Hökumətin açıqladığı bəyanatda təhlükəsiziklə bağlı vəziyyətin diqqət mərkəzində olduğu və terror fəaliyyətlərinin qarşısının alınması üçün “müvafiq” addımların atılmasının əhəmiyyəti qeyd edilir. Bəyanatda hava mühafizəçilərinin lazımi yerlərdə yerləşdiriləcəyi deyilmiş, lakin detallar açıqlanmamışdır. Bu bəyanatın açıqlamasından sonra Britaniya hökuməti Səudiyyə Ərəbistanında mümkün terror hücumu ilə bağlı xəbərdarlıq elan edib. Britaniyanın bugünkü bəyanatı Vaşinqtonun bir həftə əvvəl Əl-Qaidənin sərnişin təyyarələrindən terror hücumlarında istifadə etməyi planlaşdırdığına dair məlumatlarla əlaqədar terror təhlükəsi səviyyəsini qaldırmasındaın sonraya təsadüf edir.

XS
SM
MD
LG