Accessibility links

Küveyt İraqın borclarını bağışlaya bilər - 2004-01-21


Küveyt hökuməti Birləşmiş Ştatlar nümayəndəsi Ceyms Beykerlə müzakirələrdən sonra İraqın borcları ilə bağlı danışıqlara hazır olduğunu elan edib. Çənab Beyker İraqın borclarının bağıqlanması ilə bağlı səfərinin növbəti dayanacağı Səudiyyə Ərəbistanına yola düşüb.Küveytin baş naziri Şeyx Sabah Əl- Əhməd Əl-Sabah İraqın borclarının ixtisar edilməsinin nəzərdən keçirilə biləcəyini, yalnız məsələnin parlemant tərəfindən təsdiq edilməli olduğunu demişdir. Baş nazir cənab Beykerə Küveytin bu sahədə digər ölkələrlə əməkdaşlıq edə biləcəyini bildirmişdir. Qeyd edək ki, qeyri-rəsmi təxminlərə görə İraqın Küveytə borçu 16 milyard dollar təşkil edir. İraqın xarici borclar məsələsi ilə məşğul olan cənab Beyker hazırda Səudiyyə Ərəbistanının rəsmiləri ilə görüşür. İraqın 30 milyard dollar borçlu olduğunu iddia edən Səudiyyə Ərəbistanı İraqın müstəqil hökumətinin təşkilinədək məsələnin qaldırılmasının əleyhinədir. Dünən Qatar və Birləşmiş Ərəb Əmirlikləri İraqın bu ölkələrə olan 7 milyardlıq borcunun əksər hissəsinin silinməsinə razılıq vermişdilər. İraqın 1980-ci illərdən-Körfəz müharibəsi dövründən körfəz ölkələrinə olan borcu on milyardlar, dünya ölkələrinə isə ümumi hesabla 120 milyard dollardan ibarətdir. Birləşmiş Ştatlar İraqın borclarının bağışlanmasını ölkənin yenidənqurma səylərinin əsas amili hesab edir. Cənab Beyker artıq Yaponiya, Çin, İtaliya, Almaniya və Fransanın İraqın borclarının ya tamamilə silinməsi, ya da qismən azaldıqlmasına dair vədlərini əldə edib.

XS
SM
MD
LG