Accessibility links

S.Hüseyn BMT-nin yardımlarını rüşvətə sərf edirmiş - 2004-02-29


New York Times qəzetinin yazıdğına görə Səddam Hüseynin hakimiyyəti dövründə BMT-nin sponsorluğu ilə həyata keçirilən humanitar proqramların milyardlarla dolları rüşvətə sərf edilib. Xəbərdə deyilir ki, BMT İraqın biznes əlaqələrinə görə beynəlxalq ticarət partnyorlarına iki milyard dollardan artıq rüşvət verdiyini müəyyən edə bilməyib. Eyni zamanda beynəlxalq donorlar bu il İraqa bir milyard dollar məbləğində yardım göstərəcəklərinə vəd veriblər.

XS
SM
MD
LG