Bu gün Avropa Birliyi və Rusiya siyasi və igtisadi əlagələrin Avropa Birliyinə yeni gəbul edilmiş 10 ölkəyə şamil olunması barədə razılıq imzalayıblar. Lüksemburqda əldə olunmuş saziş Rusiya ilə Avropa Birliyi arasındakı münasibətlərdə yarana biləcək potensial böhranın garşısını alır. Razılıq Rusiyanın Avropa Birliyinə polad satışı kvotalarını artırır və birliyin bəzi yeni üzvləri ilə Rusiya arasında hazırda mövcud olan viza gaydalarını olduğu kimi saxlayır. Rusiya Avropa Birliyinə yeni üzv ölkələrin gəbulu ilə ticarət güzəştlərinin itirilməsi barədə narahatlığını bildirmişdir.