Accessibility links

ABŞ qanunvericiləri amerikalıların İraq müharibəsilə bağlı fikirlərinə reaksiya göstərir - 2004-07-05


Son rəy sorğuları göstərir ki, amerikalıların ABŞ-ın İraqda səylərinə dəstəyi getdikcə azalır. Sorğuya əsasən, amerikalılarn yarıdan çoxu inanır ki, Səddam Hüseynin hakimiyyətdən devrilməsi İraqda verilən tələfatlara heç cür bəraət qazandıra bilməz. Birləşmiş Ştatların hər iki partiyadan qanunvericiləri son rəy sorğularında əks olunmuş bu fikirlərə öz münasibətlərini bildiriblər. Konnektikut ştatından demokrat senator Liberman İraqda diktator rejiminə son qoymaq üçün ABŞ-ın səylərinə ən böyük dəstək verənlər arasında idi. NBC tele-şirkətinə müsahibə verən senator Liberman deyib ki, Amerikanın İraqla balğı ümidlərinə əsas təhlükəni teerrorçular və yaraqlılar deyil, Amerika ictimai fikrində bu missiya ilə bağlı nikbinliyin azalaması təşkil edir. “Bu yaraqlıların Amerika hərbi qüvvələri, iraqlı və beynəlxalq müttəfiqlərimizi məğlub edə bilməyəcəklərinə söz ola bilməz. Təhlükə ondan ibarətdir ki, terrorçular və yaraqlılar Amerika xalqı və təbii ki, İraq xalqı arasında fikir ayrılığı yaratmaqla siyasi qələbə çala bilərlər.” Senator Libermanın fikirləri Buş administrasiyasının İraqın Amerikanın terrorizmə qarşı müharibəsinin əsas meydanı olduğu haqda iddiası ilə səsləşir. Əgər belədirsə, son rəy sorğuları həqiqətən də, böyük narahatlığa səbəb ola bilər. NBC şirkətinin Uol Strit Journal qəzetinin keçirdiyi sorğu ilə bağlı məlumatına əsasən, amerikalıların 51 faizi inanır ki, İraqda rejimin dəyişdirilməsi üçün bu qədər tələfat verməyə və bu qədər vəsait xərcləməyə dəyməzdi. CBS şirkətinin keçirdiyi daha bir sorğuya əasən isə amerikalıların 57 faizinin fikrincə, ABŞ-ın İraqda işləri yaxşı getmir. Bir ilə bundan əvvəl belə düşünənlərin sayı 36 fazi təşkil edirdi. Hazırda amerikalıların 55 faizi inanır ki, ABŞ-ın İraqda aksiyaları regionda terrorçuların sayının artmasına gətirib çıxarır. Bununla belə, CBS-in keçirdiyi sorğuda göstərilir ki, amerikalıların 54 faizi indinin özündə də İraq tam sabit demokratik ölkə olana qədər, ABŞ hərbi qüvvələrinn orada qalmasının tərəfdarıdır. Qeyd edək ki, hər iki sorğu keçən həftə İraqda hakimiyyətin iraqlılara keçidindən əvvəl xarici ölkə vətəndaşlarının ölkədəki yaraqlılar tərəfindən qətlindən sonraya təsadüf edir. Nyu Cersi ştatından demokrat senator Con Korzinenin fikrincə, Buş administrasiyasında gözləri görə bilməyən adamlar amerikalıların İraqda müvəffəqiyyətə nikbin yanaşmasını çətinləşdirmişdir. “Bu administrasiyada əsaslı şəkildə etibarlılıq problemi mövcuddur. Buş administrasiyanın rəsmiləri bir sıra məsələlərdə açıq olmayaraq, beynəlxalq icitmiayyətin səsini kəsməyə çalışırdı. Biz məhdud informasiya alırdıq, o da ya şiridilmiş idi, ya da ki, yanlış.”

Yuta ştatından respublikaçı senator Orrin Hatç fərqli fikrə malikdir. Senator Hatç cənab Buşa qarşı siyasi xal qazanmaq üçün İraqda uğursuzluqları gizlətmək və Amerikanın İraqdakı missiyasına mane ola biləcək mənfi rəyin formalaşmasına yardım etmək kimi tənqidlərlə razılaşmamışdır. “Mən indi prezident seçki ili olduğu üçün qəddar tənqidlərdən yorulmuşam. Biz prezidentin arxasında, hərbi qüvvələrimizin arxasında durmağa borcluyuq. Hər dəfə prezident və İraqda baş verənlər haqda pis danışanda fikrimcə, biz əsgərlərimizə mane oluruq.” Senator Hatçin fikrincə, İraqda müvəffəqiyyət əldə edilib. Buna misal kimi, respublikaçı senator keçən həftə ölkədə hakimiyətin iraqlılara keçidini göstərir.

XS
SM
MD
LG