Accessibility links

İran tələbə hərəkatının ildönümü sükutla qeyd olunur  - 2004-07-08


Verilən xəbərlərə görə İran demokratik tələbə hərəkatının 5-ci ildönümündə paytaxt Tehranda sakitlik hökm sürür. Demokratik etıraz dalğasının başlanğıc nöqtəsi olan Tehran Universiteti bu gün bağlanılıb. 1999-cu il, İyulun 8-i İran təhlükəsizlik qüvvələri dinc etiraz nümayişindən sonra tələbə yataqxanasına hücum etmişdilər. Hücum zamanı çoxlu sayda tələbə döyülmuüş və həbs olunmuşdu, və bəziləri indiyə qədər də həbsxanadadırlar. Rəsmi rəqəmlərə görə hücum zamanı bir nəfər tələbə öldürülmüşdü. Hücumdan sonra başlanan etiraz nümayişlərində minlərlə adam küçələrə çıxdı, və hər il bu vaxtlar belə nümayişlər təkrar olunur. Tələbə hərakatının bu günkü ildönümü münasibətilə Amerikanın Human Rights Voç təşkilatı İran hökumətini dərhal öz siyasi baxışları üzündən həbs edilənləri azad etməyə çağırıb.

XS
SM
MD
LG