Accessibility links

AİDS-ə qarşı dərmanlar insan ömrünü uzada bilər - 2004-07-12


Bu günlər Tailand paytaxtında keçirilən Beynəlxalq AİDS, QİÇS konfransında dünya ictimaiyyətinin diqqəti bir daha xəstəliyə qarşı daha təsirli mübarizə üsulları məsələsinə çəkildi. Burada ilk növbədə, inkişaf etməkdə olan ölkələrdə yaşayan insanların AİDS-ə qarşı dərmanları almaq imkanı göstərilir. Konfransda iştirak edən beynəlxalq Sərhədsiz Həkimlər təşkilatı bildirir ki, AİDS xəstəliyini yaradan HİV virusuna qarşı dərmanlar insanların ömrünü uzada bilər. Təşkilatın bildirdiyinə görə, xəsətəliyə tutulandan sonra bu dərmanları qəbul etməyə başalayan insanların 85 faizinin ömrü iki il uzana bilər. QİÇS-ə qarşı dərmanlar vasitəsilə müalicə təxminən bir ildə 200 dollara başa gəlir. Lakin Sərhədsiz Həkimlər qrupunun dediyinə görə, dərman preparatlarını qəbul edən xəstələrdə tədricən bu onlara qarşı müqavimət yaranır və bu zaman daha artıq preparatlara ehtiyac yaranır. Bu isə daha artıq vəsait tələb edir və nəticə etibarilə bir il ərazində müalicənin qiyməti beş min dollara çata bilər. Təşkilat deyir ki, ümumi dərmanlardan əlavə yeni dərmanların qiyməti azaldılmalıdır, əks təqdirdə, xəstələrin çox hissəsi yaşaya bilməyəcək. Sərhədsiz Həkimlər xəbərdarlıq edir ki, ABŞ və Tailand arasında müzakirə olunan azad ticarət haqda müqavilə dərman qiymətlərinin azadılması məsələsini təhlükə altına qoya bilər. Hazırda Tailand ucuz dərmanlar istehsal edir. Müqavilə isə Amerikanın patent qanunlarının tətbiq edilməsini nəzərdə tutur və bu da yeni dərmanların baha qiymətə satılması demək olacaq. Birləşmiş Ştatların farmakologiya şitkərləri yeni dərmanların hazırlanmasının baha başa gəldiyini bildirir. Sərhədisz Həkimlər təşkilatı diqqəti bir məsələyə də çəkir. Farmakoloji şirkətlər uşaqlar üçün dərmanlar hazırlamır. Adətən uşarlar böyüklər üçün nəzərdə tutulmuş dərmanlar qəbul edirlər və uşaqların müalicəsi üçün ümimiyyətlə qəbul edilmiş bir üsul yoxdur. Sərhədsiz Həkimlərin nümayəndəsi Kris Torceson. “Hazırda uşaqlar elə müalicə olnurlar ki, sanki onlar kiçik yaşlı böyük adamlardır. Yalnız uşaqlar üçün dərman istehsal edən farmakoliji şirkətlər üçün bazar böyük deyil.” Sərhədsiz Həkimlər təşkilatı dünyanın 25 ölkələsində 13 min adamın müalicəsilə məşğuldur. Təşkilatın bildirdiyinə görə, HİV virusunun anadan uşağa keçməsinə yol verməmək üçün görüləsi iş çoxdur. Hər il dünyada 700 min uşaq doğuş zamanı və süd əmərkən xəstəliyə yoluxur.

XS
SM
MD
LG