Accessibility links

Dövlət Katibi Pauell Amerikanın İraqa kömək edəcəyini deyib - 2004-07-30


Birləşmiş Ştatlar Dövlət Katibi Kolin Pauell özünün Bağdada etdiyi qəfləti səfərində Amerikanın müvəqqəti İraq hökumətinə həmin ölkəni yenidən qurmaqda kömək edəcəyəni bəyan edib. Cənab pauell söz verib ki, Vaşinqton İraqın infrastrukturunun tikilməsi və yeni iş yerlərinin açılması üçün nəzərdə tutulmuş milyardlarla dollar pulun Bağdada verilməsini sürətləndirəcək. Dövlət Katibi ilə birgə keçirdikləri mətbuat konfrasında İraq Baş nazirinin müavini Barham Salih Yaxın Şərqin ürəyində demokratik dövlət qurmağın asan olmadığını və bu işdə İraqın yardıma ehtiyacı olduğunu söyləyib. Bir az əvvəl cənab Pauell Prezident Qazi əl-Yavərlə görüsmüşdür.

XS
SM
MD
LG