Pakistan daxili işlər naziriin verdiyi xəbərə görə hökumət orqanları əl-Qaidanı küncə sıxışdırmaqda davam edirlər və yaxın gələcəkdə bir neçə həbs olacaq. Amerikanın Səsinə verdiyi müsahibədə nazir Faysal Saleh Həyat bu günlərdə 20 əl-Qaidanın üzvü olmaqda şübhələnilən adamın həbs edildiyini bildirib. Əlavə 5 nəfər adam da bu gün həbs edilib. Cənab Həyat Pakistanın bu həbsləri həyata keçirməkdə Birləşmiş Ştatlardan yardım almadığını söyləyib.