Accessibility links

Əfqan qadınları ilk dəfə səs verəcəklər - 2004-09-29


Əfqan qadınları 3 il bundan əvvəl sərt-xətt tərəfdarı Taleban rejiminə son qoyulmasından son ilk dəfə seçkilərdə iştirak edəcəklər. Lakin insan hüquqları koalisiyası və qadın təşkilatlarının fikrincə qadınların bərabər hüququ və emansipasiyası üçün təhsil və təhlükəszliyinə böyük ehtiyac durulur. 40-a yaxın qadın hüquqları müdafiəçilərinin təşkil etdiyi koalisiyanın bildirdiyinə görə fqan qadınlarının həyatlarında böyük dəyişiklik baş versə də, bunu hələ də böyük tərəqqi adlandırmaq olmaz. İnsan hüquqları qrupları qadınların təhsil və təhlükəsizliyi üçün lazımi fondların olmamasıdan şikayətlənirlər. Düzdür son zamanlar məktəbə yazlan qızların sayı artmışdır. Lakin hələ də bu qızlar 7 14 yaşları arasındadır. İnsan hüquqları qrupunun hesabatında deyilir ki, Əfqanıstanın bəzi vilayətlərində məktəbli qızlar şagirdlərin bircə faizini təşkil edir. Gələn ay keçiriləcək seçkilərdə də qadınların iştirakını təmin etmək asan olamayacaq. Əfqan seçicilərinin 40 fazini qadınların təşkil etdiyi bildirilsə də, Birləşmiş Ştatların Dövlət Departamenti bu göstəricinin doğruluğunu sual altına alır. Belə ki, ənənələr qadınları seçkilərdən kənar saxlayacaq. Asiya fondunun apardığı son araşdırmanın nəticələri göstərmişdir ki, fikirləri öyrənilən əfqanların 87 faizi hesab edir ki, ərli qadınların seçkilərdə iştirakına ərləri icazə verməlidir. Respondent qadınların təxminən üçdə biri belə bir icazə ala biləcəyinə inanmır. Hər dörd kişidən üçü qadınların seçki hüququnu kişilərin müyyən etməli olduğunu demişdir.

XS
SM
MD
LG