Accessibility links

Fələstinlilərin prezident seçkilərində Mahmud Abbasın böyük səs çoxluğu ilə qələbəsi gözlənilir - 2005-01-09


Rəy sorğuları Fətah fraksiyasının namizədi, hazırda Fələstin Azadlıq Təşkilatının lideri Mahmud Abbasın səs çoxluğu ilə irəlidə olduğunu göstərir. Qeyri-rəsmi nəticələrə görə, cənab Abbas səslərin 60 faizini toplayıb. Rəsmi nəticələrin bazar ertəsi günü açıqlanacağı gözlənilir. Siyasi təhlilçilərin fikrincə, prezident seçkiləri çıxılmaz nöqtədə qalmış İsrail-Fələstin sülh prosesinin canlandırılması üçün əsas rol oynayır. Fələstininlilərin rəsmiləri prezident seçkilərində səsvermə müddətini uzadaraq bildirimişlər ki, çox adam hələ də Yasir Ərəfatın xələfinin seçilməsi məqsədilə keçirilən çox böyük əhəmiyyətli seçkilərdə səs vermək üçün növbələrə dayanıb gözləyir. Beynəlxalq seçki müşahidəçiləri səsvermənin normal şəraitdə keçdiyini bildirirlər. Qeydiyyatdan keçmiş 1,8 milyon seçici arasında fəallığının zəif olduğu xəbər verilir. Təhlilçilərin bildirdiyinə görə, cənab Abbasın İsraillə sülh və Fələstin dövlətinin yaradılması daxil olmaqla, proqramının həyata keçirilməsinə təminat verəcək qələbə mandatı alması üçün o, səslərin 60 faizini toplamalıdır. Fələstinlilərin Həmas militant qrupu seçkiləri boykot edib.

XS
SM
MD
LG