Accessibility links

Suriya qüvvələrini Livandan çıxarmaq üzrədir - 2005-03-06


Livanın Müdafiə Naziri Suriyanın onun ölkəsindəki hərbi qüvvələrinin Livanın sahil və mərkəz məntəqələrindən Suriyanın sərhədi yaxınlığındakı Bekaa vadisinə köçürüləcəyini bildirib. Müdafiə Naziri Əbdül Rəhim Murad deyir ki, Livanın Suriyapərəst prezidenti Emil Lahudla prezident Bəşar Əl-Əsəd arasında Dəməşqdə keçiriləcək zirvə toplantısından sonra, Suriyanın hərbi qüvvələri Bəkəa vadisində yerləşdiriləcək. Cənab Bəşar Əl-Əsəd öz hərbi qüvvələrinin Livandan çıxarılacağı və Livan-Suriya sərhədi bölgələrində yerləşdiriləcəyi barədə dünən bəyanat verib. Lakin o, dəqiq tarix göstərməyib. Cənab Əl-Əsədin bu bəyanatı Livanda birmənalı qarşılanmayıb. Livan xristianlarının lideri və parlamentin üzvü Samir Frangie cənab Əl-Əsədin bəyanatını müsbət adlandırıb, Lakin Suriyanın Livanın daxili siyasi həyatında yenə də mühüm rol oynayacağından narahatçılığını bildirib.

Suriyanın Livanda hərbi qüvvələrinin saxlamasını dəstəkləyənlər çərşənbə axşamı Beyrutda nümayiş təşkil edəcəklərini və Beynəlxalq ictimaiyyətin Suriyadan Livandan hərbi qüvvələrinin çıxarılması tələbinə qarşı şüarlarla çıxış edəcəklərini bildiriblər.

Suriya tərəfdarı olan Livan Hizbullah təşkilatının sədri Səyid Həsən Nəsrullah söyləyib ki, Livan İsrail ilə müharibədə olduğuna görə, Suriya Livandan hərbi qüvvələrini tamamilə çıxara bilməz. O, BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini, Birləşmiş Ştatların və Fransanın Suriyadan Livandan hərbi qüvvələrinin çıxarılması tələbini tənqid edib.

XS
SM
MD
LG