Accessibility links

Livan prezidenti yeni hökumət təşkil etmək istəyir - 2005-03-09


Livanın suriyapərəst prezidenti Emil Lahud yeni hökuməti təşkil etmək üçün parlamentin üzvləri ilə məsləhətləşir. Fevralın 14-də sabiq baş nazir Rafiq Həririnin qətlindən sonra Beyrut Suriyaya qarşı etiraz nümayişlərinə səhnə olub. Bu nümayişlərin təzyiqi nəticəsində keçən həftə Baş Nazir Ömər Kərimi vəzifəsindən istefa vermişdi. Prezident Emil Lahudun yeni hökuməti təşkil etmək üçün parlamentin üzvləri ilə keçirdiyi məsləhətləşmə Livanda Suriya leyhinə təşkil edilmiş izdihamlı nümayişdən bir gün sonraya təsadüf edir. Nümayiş təşkilatçılarından biri - Hizbullahın lideri Şeyx Həsən Nəsrullah bu tədbirdən istifadə edərək Amerikaya Livanın daxili işlərinə qarışmamaq üçün xəbərdarlıq verərək deyib ki, heç kim onun doğma yurdundan Suriyanın hərbi qüvvələrini çıxara bilməz. Onun bu çıxışına baxmayaraq Suriyanın hərbi qüvvələri Livanın sahil və mərkəz bölgələrindən Suriyanın sərhədd məntəqələrinə tərəf geri çəkilir. Bu, Birləşmiş Ştatlar, Avropa Birliyi və bir sıra Ərəb dövlətlərinin Suriyaya göstərdikləri təzyiqin nəticəsidir.

XS
SM
MD
LG