Milli Birlik Hərəkətının təşəbbüsülə "Azərbaycanın Avropa Birliyinə inteqrasiyası: perspektivlər və problemlər" mövzusunda dəyirmi masa keçirilib. Milli Birlik hərəkatının sədri Lalə Şövkət bildirib ki, demokratiyanın alternativi yoxdur və Azərbaycanda demokratiyanın bərqərar olması Avropaya inteqrasiyadan keçimr. Demokratik Ziyalılar Birliyi Partiyasının sədri Əli Məsimov Azərbaycanda demokratik islahatların tempinin qənatəbəxş olmadığını bildirib. Bununla yanaşı, o Avropanın yeni qonşuluq siyasətinə qoşulmuş Azərbaycana xüsusi diqqət yetirildiyini də önə çəkib. Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Avropa Birliyinə daxil olmaq üçün qloballaşma posesinə qoşulamq lazımdır. O hesab edir ki, Azərbaycan hökumətinin hazırki siyasəti bunu təmin edə bilmir. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Avropa Birliyinə inteqrasiyanını azad seçkilərdən keçidiyini bildirib. Onun sözlərinə görə, bu baxımdlan bu il keçiriləcək parlament seçkiləri böyük önəm kəsb edir. Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran-Azərbaycan marşrutu üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, qrup şəklində fəaliyyət göstərən şəxsləri ifşa edilib. Əməliyyat nəticəsində İrandan gətirilmiş 79 kiloqram marixuana, 1,5 kiloqram heroin, yarım kioqram tiryək aşkar edilərək götürülüb. Narkotik qaçaqmalçılığı ilə məşğul olan 10 nəfər Azərbaycan vətəndaşı hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlananlar arasında Saatlı rayon polis şöbəsinin əməliyyat müvəkkili Akif Məmmədov da var.