Accessibility links

Qrip virusunun məhv edilməsinə göstəriş verilib - 2005-04-13


Dünya Sağlamlıq Təşkilatı dünya laboratoriyalarına qrip nümunələrinin məhv edilməsinə göstəriş verib. Ekspertlər bu virusun necə deyərlər, pis əllərə keçdiyi təqdirdə ümumdünya bəlaya səbəb ola biləcəyini deyirlər. H2N2 virusunun bu nümunələri 1957-58-ci illərdə 4 milyon insanın ölümünə səbəb olmuş, 1968-ci ildə isə tamamilə yoxa çıxmışdı. Bu isə o deməkdir ki, 1968-ci ildən sonra doğulanlarda bu virusa qarşı immunitet yaranmayıb. Virusun nümunələri əsasən Birləşmiş Ştatlar olmaqla, 18 ölkənin 4 min laboratoriyasına göndərilmişdir. Ekspertlər virus nümaunələrinin laboratoriyalardan çıxarılması ehtimalının az olduğunu bildirsələr də, yalnız bircə adamın bu virusa yoluxmasının xəstəliyin böyük sürətlə yayılmasına səbəb olacağını deyirlər.

XS
SM
MD
LG