Accessibility links

Misirdə konstitusiyaya əlavə edilməsi ilə əlaqədar səsvermə keçirilir - 2005-05-25


Bu gün misirlilər prezident seçkilərində birdən çox namizədin iştirakına şərait yaradacaq düzəlişin konstitusiyaya əlavə edilməsi ilə bağlı səsvermədə iştirak edirlər. Qahirədə və Zuesdə hökumət əleyhinə nümayişlər keçirilmiş, bəzi bölgələrdə qarşıdurmalara yol verilmişdi. Misir rəsmiləri son həftələr fəaliyyəti qadağan edilən Müsəlman Qardaşlığı qrupunun yüzlərlə üzvünün həbs edildiyini bildirirlər. Müxalifət liderlərinin etirazı ilə qarşılanan bu düzəliş hakim partiyanın əksəriyyət təşkil etdiyi parlamentin azı 300 üzvünün təsdiqini tələb edir.

XS
SM
MD
LG