Accessibility links

Əfqanıstanın Qəndəhar şəhərində güclü partlayış olub - 2005-06-01


Əfganıstanın Qəndəhar şəhərində, məsçiddə güclü partlayış nəticəsində ən azı 20 nəfər həlak olmuş, onlarla insan isə yaralanmışdır. Bomba talibanların əleyhinə olan, qətlə yetirilmiş molla Əbdul Fayızın dəfn mərasımı zamanı intiharçı tərəfindən həyata keçirilmişdir. Cənab Fayız hökümət tərəfdarı idi. Keçən həftə 500 nəfər ruhanı qarşısında etdiyi çıxış zamanı, o. Taliban yaraqlılarını ittiham etmişdi. Daxili İşlər Nazirliyinin nümayəndəsi Lətfullah Məşəl bildirib ki, hücum nəticəsində qətlə yetirlənlər arasında paytaxt Kabilin polis rəisi də olub. Cənab Məşəlin məlumatına qörə növbəti hücumların qarşısını almaq məqsədi ilə reqiondakı təhlükəsizlik qüvvələri səfərbər olunub. Qış fasiləsindən sonra yaraqlılar hücumlarını qücləndirmişlər. Son həftələr bir neçə qətl, bomba partlayışı və raket hücumları həyata keçirmişlər. Beynəlxalq müşahidəçilər hücumların artmasını sentyabr ayında keçiriləcək parlament seçkiləri ilə əlaqələndirirlər. Rəsmilər bildirirlər ki, seçkilərin şərqdə müvəffəqiyyətlə keçirilməsi ücun təhlükəsizlik məsələsi ən çətin problem olaraq qalır. Birləşmiş Ştatlar və NATO seçkilər ərəfəsində reqiondakı qoşunlarının sayını artırmaq niyyətindədirlər.

XS
SM
MD
LG