AŞPA-nın Strasburdakı sessiyası Monitorinq komitəsi məruzəçilərinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair hesabatını qəbul edib. «Turan» agentliyinin məlumatına görə, Azərbaycan nümayəndə heyətinin ölkə hakimiyyətin ünvanına olan kəskin tənqidləri yumşaltmaq cəhdləri uğursuz olub.
Məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın böyük uğurlar qazandığını və Strasburqa gələn hüquq müdafiəçilərinin və siyasətçilərinin də bunu etiraf etdiyini və dəstəklədiyini deyib.
Aecaq məruzəçi Andres Herkel bildirib ki, Azərbaycanda siyasi məhbusların sayı azalıb, amma bu problemin həll edilməsi deyil. «Ölkədə korrupsiya çiçəklənir, hüquq-məhkəmə sahəsində qanunsuzluq hökm sürür. Məhkəmələr müstəqil deyil. Sərbəst toplaşma azadlığı təmin edilməyib. Parlament kifayət qədər səlahiyyətə malik deyil. Seçkilər saxtalaşdırılır. Müxalifət təmsilçiləri paralment nümayəndə heyətinin tərkibinə daxil edilməyib. Ən maraqlısı budur ki, Avropa Şurasının Strasburqa dəvtə etdiyi müxalifət liderlərindən biri Əli Kərimlini ölkədən buraxmayıb. Bundan sonra ümumiyytələ Siyasi məhbus məsələsinə toxunan məruzəçi Toni Lloyd qeyd edib ki, bu "ədalətli məhkəmələrin olmaması"nın nəticəsidir.
Leo Platvoet isə diqqəti Azərbaycan deputatlarının ağızdolusu danışdıqları iqtisadiyyatın inkişafının xalqın rifah halının yüox, korrupsiyanın artmasına səbəb olmasına yönəldib.
Erməni nümayəndə heyətinin başçısı Tiqran Torosyanın məruzədəki Dağlıq Qarabağın Azərbaycana məxsus olması maddəsinin çıxarılmasını təklif etsə də düzəliş rədd edilib. Azərbaycan nümayəndə heyətinin Fərhad Əliyevin müstəqil tibbi xidmətlə təmin edilməsi, habelə diqqətin sabiq səhiyyə naziri Əli İnsanovun və deputat Hüseyn Abdullayevin işinə yönəldilməsi tələblərinin çıxarılması səyləri də nəticəsiz qalıb.
Məruzəçilər təkidlə həm parlamentdə, həm də ondan kənarda hakimiyyət və müxalifət arasında dialoqa çağırırlar. Parlamentin rolunun möhkəmləndirilməsinin və hakimiyyətin qolları arasında balansın artırılmasının vacibliyi qeyd olunur. Vəkillərin sayını artırmaq və son aylar "ciddi şəkildə pisləşən" KİV üçün azad fəaliyyət atmosferini təmin etmək zəruridir. Onlar həmçinin polisdə və orduda qəddar münasibət faktlarına son qoymağı tövsiyyə edib.
Hesabatda "ölkə tarixində ilk dəfə olaraq beynəlxalq standarlara cavab verən seçkilər olması üçün", 2008-ci il prezident seçkilərinin yaxınlaşması ilə əlaqədar AŞPA- nın Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsinə nəzarətinin xüsusilə vacib olduğu qeyd olunur. Elektorat və bütün siyasi qüvvələrin etimadını qazanmalı olan seçki komissiyalarının tərkibi haqda məsələni təxirəsalınmadan həll etmək zəruridir. Bütün seçki saxtalaşdırmaları araşdırılmalı və ən yüksək siyasi səviyyədə növbəti prezident seçkilərində seçki fırıldaqlarının yolverilməzliyi haqda bəyanat verilməlidir.
Siyasi məhbuslar haqda İşçi Qrupun yaradılmasını yaxşı qarşılayaraq, məruzəçilər onun fəaliyyətsizliyini təsdiq edirlər. «Yeni Fikir» gənclər hərəkatının iki lideri - Ruslan Bəşirli və Ramin Tağıyev haqqında Ali Məhkəmənin onların işi üzrə aşağı instansiya məhkəmələrində pozuntu olduğu haqda məlumatı tam araşdıracağına ümid ifadə olunub. Təxirəsalınmadan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev haqda məhkəməyə başlanmaq və ona seçimi üzrə müalicəsinə icazə vermək zəruridir. Korrupsiya Azərbaycanda cəmiyyətin bütün təbəqələrinə toxunan və ölkənin iqtisadi, sosial və siyasi inkişafı üçün təhlükə yaradan başlıca problem olaraq qalır.
İftiraya görə cinayət təqibinin saxlanılması KİV-də qorxuya və özünüsenzuraya səbəb olur. Məruzədə "Azadlıq" Qəzetinin müxbiri Nicat Hüseynovun döyülməsi, satirik Sakit Zahidovun 3 illik həbsi, "Azadlıq" qəzetinin, "Turan" agentliyinin köçürülməsi, həmçinin ANS- in yayımının üç həftəlik dayandırılması və telekanala lisenziya verilməsinin uzadılması faktları qeyd edilib. Hakimiyyət jurnalistlərə hücum və hədələmə faktlarını araşdırmalı, cinayətkarları tapmalı, onları məhkəməyə verməli və cəzalandırmalıdır. Sərbəst toplaşmaq azadlığının pozulması və hüqüq mühafizə orqanlarının nümayişçilərə qarşı hədsiz güc istifadə etməsi praktikasını dayandırmaq zəruridir. Layihədə həmçinin parlamentin səlahiyyətlərinin genişləndirilməsi və ona Nazirlər Kabinetinə etimad qərarı haqda məsələnin baxılması səlahiyyətinin verilməsinin vacibliyi haqda da danışılır.