Accessibility links

BP şirkəti Bakı-Tbilisi-Ceyhan kəmərində sınağa başlayıb


BP şirkəti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərində bu gün sınaq testlərinə başlayıb. Bu barədə “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı “Amerikanın səsi” radiosuna bildirib.

Onun sözlərinə görə, testlər uğurlu olarsa kəmərin fəaliyyəti bərpa edilə bilər. Ancaq xanım Bayatlı sınaq testlərinin nə vaxt başa çatacağını deməyib.

Bakı-Tbilisi-Ceyhan kəmərinin Türkiyə hissəsində yerüstü siyirtmə qurğusunda bu il avqustun 5-də yanğın baş verib. Bundan sonra kəmər dayandırılıb.

XS
SM
MD
LG