Accessibility links

Azərbaycan və Amerika Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyi ilə bağlı seminar keçirir


Bakıda “BTC neft kəmərinin təhlükəsizliyi: təhlükənin təhlili və riskin qiymətləndirilməsi” mövzusunda seminar keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbir Azərbaycanla ABŞ arasında ikitərfli razılaşmaya əsasən təşkil olunub və aprelin 21-dək davam edəcək. BP-Azərbaycan şirkətinin məlumatına görə, Bakı-Tbilisi-Ceyhan kəmərinin doldurulmasına 10 milyon barel neft sərf olunacaq və hazırda kəmərə 6,5 milyon barrel xam neft vurulub. Bu il Azərbaycan ilk neft tankerlərini Türkiyənin Aralıq dənizindəi Ceyhan limanından dünya bazarına çıxaracaq və kəmərin gündəlik neft buraxma qabiliyyəti bir milyon barel olacaq. Ümumi uzunluğu 1767 kilometr olan kəmərin tikintisinə 3,6 miylard dollar vəsait xərclənib. Kəmərin təhlükəsizliyini isə boru xəttinin keçdiyi ölkələr öz üzərinə götürüb. Azərbaycan Respbulikası kəmərin qorunması və mühafizəsi üzrə xüsusi qurum yaradıb və bu hərbiləşdirilmiş qurum müasir texniki vasitələrlə təchiz edilib. Artıq kəmərin Azərbaycan ərazisindən keçən 443 kilometr məsafədə boru xətti boyu keşik çəkilir. Təbiidir ki, bu nəhəng strateji obyektin təhlükəsizliyini təkcə hərbi qurum təmin edə bilməz. Bu səbəbdən də boru xəttinin təhlükəsizliyini müxtəlif cəhətlərdən təmin etmək üçün qabaqcadan gözlənilən riskləri qiymətləndirmək vacibdir. Ekspertlər kəmərlə bağlı hərbi, siyasi, ekoloji, texniki və sosial risklərin olduğunu bildirir. Politoloq Qabil Hüseynlinin fikrincə, kəmər üçün ən böyüe siyasi təhlükə Ermənistan və İran tərəfdən ola bilər. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi və ABŞ-İran problemi həllini tapmayınca bu risklər potensial təhlükə kimi qalacaq. Politoloq hesab edir ki, Azərbaycan təhlükələrdən kənarda qalmaq üçün neytral siyasət yürütməlidir. Cənab Hüseynlinin fikrincə, Azərbaycan Rusiyadan olan risklərin qarşısını almaq məqsədilə qərb ölkələrinə inteqrasiyanı, Ermənitsan tərəfdən gözlənilən təxribatların qarşısını almaq üçün isə müdafiə qabiliyyətini gücləndirməlidir. Politoloqun qənaətincə, Bakı-Tbilisi-Ceyhan neft kəmərini terror hücumlarından qorumaq həm Azərbaycan hökumətinin, həm də neft layihəsində iştirak edən şirkətlərin marağında olmalıdır. Konsorsiumda iştirak edən şirkətlər və onların təmsil etdiyi ölkələr terror hücumlarının qarşısını almaq üçün Azərbaycana texniki-maliyyə yardımı göstərməli, informasiya dəstəyi verməlidir. Hərbi ekspert Canmirzə Mirzəyev kəmərə qarşı hərbi təhlükələrin Ermənistan, Rusiya və İran tərəfindən qaldığını bildirir. Onun ehtimalına görə, Ermənistan istənilən anda diversiyalar təşkil edə bilər. Kəmər Rusiyanın və İranın da regional və iqtisadi maraqlarına ziddir. Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Bakı-Tblisi-Ceyhanın tikintisi zamanı gözlənilən bütün texniki risklərin qarşısının alınması üçün ən müasir texniki vasitələr qurulub. Ekspertin sözlərinə görə, risklərin qarşısını almaq üçün BTC Ko şirkəti xüsusi proqram həyata keçirir. Kəmərin ətraf mühit üçün yaradacağı ekoloji risklərin aradan qaldırılması üçün proqramlar mövcuddur. Ancaq ekloqlar hesab edir ki, kəmərin utilizasiyası və qurğuların yaradacağı müxtəolif ekoloji risklər nəzərdən qaçıırılıb. Belə ki, son zamanlar Səngəçal terminalının yaxınlığındakı yaşayış məntəqələrində ürək-damar xəstələrinin sayı artıb. Ekoloq Telman Zeynalov düşünür ki, boruların birləşdiyi yerlərdə sızmaların olacağı ehtimalı qalır və bu su hövzələri üçün təhlükə yaradır. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya görə, kəmərin sosial təsirləri də təhlükə yarada bilər. Belə ki, boru xətti Azərbaycan ərazisində 4 min insanın şəxsi təsərrüfatından keçir və kəmər boyu ciddi sosial proqramlar həyata keçirilmir. Xanım Qəhrəmanlı səramyəçilərin 5,5 milyon dollar həcmində ictimai sərmayə proqrammı həyata keçirdiyini də bildirir. Ancaq bu proqram kəmər boyunca yaşayan insanların sosial problemlərin həllinə bəs etmir.
XS
SM
MD
LG