Accessibility links

Əli Kərimli: 2008-ci il itirilmiş şanslar ilidir


Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli 2008-ci ili itirilmiş şanslar və imkanlar ili adlandırıb. Onun fikrincə, ötən ildə istər Ermənistan-Azərbaycan münaqişəsində, istər xarici siyasətdə, istər seçkilərdə, istərsə də demokratik azadlıqlar sahəsində proqress qeydə alınmayıb. Əksinə, fundamental azadlıqlar, seçki prosesi, media azadlığı sahəsində ciddi geriləmələr olub. Belə ki, ölkənin tanınmış jurnalistləri həbsdədir, alternativ informasiya mənbəyi olan “Amerikanın səsi”, “Azadlıq”, BBC radiolarının yerli tezlikdə yayımı dayandırılıb.

Ə.Kərimli eyni zamanda, 2009-cu ilin müxalifət üçün ciddi mübarizə ili olacağını düşünür. Onun fikrincə, qarşıdan gələn ildə bələdiyyə, sonrakı ildə isə keçiriləcək parlament seçkiləri bu mübarizəni zəruri edir.

AXCP sədri həmçinin bir nəfərin iki dəfədən çox prezident seçilməsi üçün konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı keçiriləcək referendumu monarxiyaya doğru addım adlandırıb.


XS
SM
MD
LG