Accessibility links

Azərbaycanda çoxsaylı insan qətlə yetirmiş cinayətkar dəstənin məhkəməsi başlayıb


Ağır Cinayətlərə dair Məhkəmədə Hacı Məmmədovun cinayətkar qrupunun işi üzrə hazırlıq yığıncağı başlayıb. Məhəkəmə binası təhlükəsizlik qüvvələri tərəfindən güclü qorunur. Binanın daxilində belə xüsusi təyinatlılar yerləşdirilib. Cinayəkar qrup qətllər və adam oğurluqları da daxil olmaqla çoxsaylı ağır cinayətlərdə ittiham olunur. Müttəhimlər kürsüsündə 23 nəfər əyləşib. Onların arasında DİN və Daxili Qoşunların keçmiş yüksək vəzifəli zabitləri, Çeçenistandan olan Rusiya vətəndaşları var. Hacı Məmmədovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup 10 il ərzində çoxsaylı qətllər törədib, adam oğurluğu ilə məşğul olub. Qrup 2005-ci il martın 10-da MTN-nin Azərbaycan Beynəlxalq Bankın rəhbərinin xanımı Zamirə Hacıyevanın azad edilməsilə bağlı keçirdiyi xüsusi əməliyyat zamanı zərərsizləşdirilib. İstintaq zamanı bəlli olub ki, cinayətkar qrupun öldürdükləri insanların sırasına DİN Narkotiklərlə Mübarizə İdarəsinin şöbə müdiri Azər İsmayılovun, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəis müavini Rövşən Əliyevin, AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovun qətləri də daxildir. Vəkil Adil İsmayılov istintaqın qərəzli aə birtərəfli aparıldığını deyib. Onun fikrincə, şahidlərin bir çoxu dindirilməyib və cinaət işi yenidən ibtiadi istintaqa qaytarılmalıdır. İndi isə cinayətkar qrup tərəfindən oğurlanaraq öldürülən Mehman Səmədovun anasını dinləyək. O hüquq mühafizə orqanlarını dəfələrlə oğlunun qatilinin Hacı Məmmədovun dəstəyi olduğu barədə xəbərdar etdiyini deyir. Ancaq nədənsə ananın sədasına cavab verən olmayıb. Vəkil Fuad Ağayevin müdafiə etdiyi şəxslər xoşbəxtlər sırasındadır. Onlar oğurlansa da pul müqabilində azad olunub. Ancaq verilən pul da pul çəkisində olub. Məsələn, bir nəfər 450 min dollar müqabilində ölümdən xilas olub. Məhəkəmə prosesi sabah davam edəcək.
XS
SM
MD
LG