Turan İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev hesab edir ki, İranda prezident seçkilərində hakimiyyətin nəzərdə tutduğu ssenari baş tutmayıb. “Bu ssenari idarə olunan seçkilərdə hakimiyyətin nəzərdə tutduğu adamın prezident seçilməsi idi. Ssenarinin baş tutmamasına ictimaiyyətin narazılığı və siyasi elitanın parçalanması səbəb olub”.
Ekspert İranda hadisələr inkişaf edərsə silahlı qarşıdurmanı və vətəndaş müharibəsinin olacağını da istisna etmir. Onun fikrincə, ordu hadisələrə qatılarsa insanlar arasında qırğın çoxalar və qarşıdurma uzana bilər.
Cənab Hacıyev İranda silahlı qarşıdurma ehtimalının Azərbaycan üçün də problemlər yaradacağını deyir.