Accessibility links

Azərbaycanda donuz qripi təhlükəsinə qarşı tədbirlər həyata keçirilir


Azərbaycan Respublikası kənd təsərrüfatı naziri İsmət Abbasov donuz qripi, Azərbaycanda görülən tədbirlərlə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib:
Sual: Dünyada quş qripi xəstəliyi təhlükəsi sovuşmamış donuz qripi xəstəliyi təhlükəsi yaranıb. Azərbaycanda donuz qripi təhlükəsinə qarşı hansı qabaqlayıcı tədbirlər görülür?
Cavab: Bir neçə il öncə quş qripi dünyada təhlükə yaradanda Azərbaycan Kənd Təsərrüfatı, Səhiyyə nazirlikləri və digər müvafiq orqanlar təhlükənin öhdəsindən layiqincə gəldi. Hazırda Azərbaycanda quş qripi ilə bağlı heç bir təhlükə yoxdur. Donuz qripi ilə bağlı xəbərlər isə sürətlə yayılmaqdadır. Amerika və Avropa qitələrində, eləcə də Avstraliya və Rusiyada xəstəliyin insanlar vasitəsi ilə yayılma təhlükəsi gündəlikdədir.
Azərbaycanda təhlükəyə qarşı mübarizə məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti dərhal Beynəlxalq Epizodik Büro tərəfindən xəstəliyin qeydə alındığı ölkələrdən idxal olunan heyvandarlıq məhsullarının gətirilməsinə qadağa qoyub. Qadağalar davam etdiriləcək və xəstəliyin Azərbaycana gəlməməsi üçün bütün imkanlardan istifadə ediləcək.
Azərbaycanda 35-40 min baş donuz var. Donuzlar əsasən şimal-qərb, şimal rayonlarında, o cümlədən Abşeron yarımadasında saxlanılır. Dövlət Baytarlıq Xidməti xəstəliklə bağlı monitorinqlər keçirir, donuzların qapalı şəraitdə saxlanılması üçün tədbirlər həyata keçirilir, izahetmə və maarifləndirmə işləri aparılır.
Sual: Azərbaycandan fərqli olaraq, qonşu Rusiya, Gürcüstan və Ermənistanda çoxsaylı donuz saxlanılır. Həmin ölkələrdən donuz əti və heyvandarlıq məhsulları gətirilməsinə qadağalar tətbiq edilə bilərmi?
Cavab: Azərbaycanda insanlar kütləvi olaraq donuz ətindən istifadə etmir. Əsasən, kolbasa istehsalında donuz ətindən istifadə edilir. Bu məqsədlə xarici ölkələrdən donuz əti idxal edilir. Lakin mövcud durumla əlaqədar xəstəlik qeydə alınan ölkələrdən heyvandarlıq məhsullarının gətirilməsini qadağan etmişik. Gələcəkdə Rusiya və ya Gürcüstanda xəstəlik qeydə alınarsa, həmin ölkələrdən də idxalı dərhal dayandıracağıq.
Sual: İlk monitorinqin nəticələri nə vaxt açıqlanacaq? Təhlükə yaranarsa, Azərbaycan epidemiyanın qarşısını almağa hazırdırmı?
Cavab: Monitorinqlər davam edir. Bir neçə gündən sonra Dövlət Baytarlıq xidməti monitorinqin nəticələrini elan edəcək. Hesab edirəm ki, Azərbaycanda xəstəlik kütləvi hal almayacaq və fəsadlar törətməyəcək. Kənd Təsərrüfatı Nazirliyi və digər orqanlar artıq sıx fəaliyyət göstərir, qabaqlayıcı tədbirlər həyata keçirir. Ölkədə xəstəliyə qarşı mübarizə məqsədilə kifayət qədər yetərli vaksin ehtiyatı yaradılıb.
Sual: Ekspertlər xəstəliyin epidemiologiyasının və törənmə səbəblərinin hələ kifayət qədər tədqiq edilmədiyini bildirir. Azərbaycanda xəstəliyin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılırmı, xəstəliyin fəsadları necə olur? İnsanlar necə qorunmalıdır?
Cavab: Quş qripindən fərqli olaraq, donuz qripi xəstəliyinin fəsadları daha ciddidir. Quş qripi insandan insana keçmir. Donuz qripinin isə insandan insana keçmə təhlükəsi var. Bu, daha ciddi təhlükədir. Ümumdünya Səhiyyə Təşkilatı da belə halların qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirir. Bir daha qeyd edirəm ki, Azərbaycana xəstəliyin gəlməməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.
Əlamətlərinə gəlincə, donuz qripinə tutulan canlıların temperaturu çox yüksək olur, həzm ağırlaşır, qidanı qaytarma halları müşahidə edilir. Canlılar arasında qripə yoluxma halı olarsa, dərhal həkimə müraciət edilməlidir. Xüsusilə, xarici ölkələrdən gələn insanlar qripləmə halı hiss edən kimi həkimə müraciət etm

XS
SM
MD
LG