Accessibility links

Azərbaycanda korrupsiyaya qarşı necə mübarizə aparılır


Sülh və Demokratiya institutu korrupstyaya qarşı mübarizənin monitorinqi mövzusunda dəyirmi masa keçrib. Tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri və ekspertlər iştirak edib. Benyəlxalq Şəffaflıq Təşkilatının Azərbaycandakı nümayəndəsi Rəna Səfərəliyeva bildirib ki ölkədə korrupstyaya qarşı mübarizə üzrə qanun və proqram qəbul edilsə də, onun yerinə yetirlmə mexanizmləri zəifdir. Xanım Səfərəliyeva hesab edir ki, korrupsiyanın səviyyəsinin aşağı salınmasında əsas şərtlərdən biri azad məhkəmələrin olmasıdır. Azərbaycanda isə azad məhkəmədən danışmaq çox tezdir. İqtisadi ekspert Qubad İbadoğlunun fikrincə, son dövrlər korrupsiyyaya qarış mübarizədə ictimai müqavimət güclənib.Onun sözlərinə görə, korruspiyanın azalmasında əmək haqqı indeksinin dolanışıq xərcləri ilə mütənasib olması mühümdür. Konistitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev ölkədə korrupsiya faktı üzrə cəmi 24 cinayət işinin açıldığını bildirib. Neftçilərin hüqularının müdafiəsi cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı regionlarda korruspiyaya qarşı mübarizənin vəziyyəti ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, rayonlarda əhalinin maarifləndirilməsi işi çox aşağıdır. Monitorinq qrupunun üzvü Asif Mərzili ən böyük korrupsiya hallarının neft sektorunda baş verdiyini önə çəkib. O monitorinq zamanı əldə etdiyi maraqlı rəqəmləri açıqlayıb. Cənab Mərzili hesab edir ki, son zamanlar ADNŞ-də struktur dəyişikliyi adı altında korrupsiya geniş yayılıb. O şirkətdə bir çox vəzifəli şəxslərin qohumluq əlaqələrindən də danışıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyilənləri əsassız sayır. O Dövlət Neft şirkəti ilə bağlı bəyanatları siyasi adlandırıb.
XS
SM
MD
LG