Accessibility links

Metyu Brayza: «Ermənitsan-Azərbaycan danışıqlarında situasiya çətin deyil»


ABŞ administrasiyası hesab edir ki, ötən əsrin əvvəllərində Osmanlı imperiyasında ermənilərin həlak olması problemi siyasətçilərin mübahisə predmeti olmamalıdır. Bu daha çox Türkiyədən, Ermənistandan və digər maraqlı ölkələrdən olan ekspertlərin və tarixçilərin müzakirə etməli olduğu humanitar problemdir. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza "erməni soyqırımı" məsələsinin Konqresdə mümkün müzakirəsi barədə» Bakıda curnalistlərin sualına cavabda bildirib. O Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yaxın həftələrdə baş tutacağını güman edir. «Hazırda tərəflərin qrafikinə uyğn olaraq görüşün harada keçirilməsi məsələsi müzakirə edilir. Ümid edirəm nazirlərin görüşü tezliklə olacaq». Həmsədr hesab edir ki, münaqişədə nizamlanmanın əldə olunması üçün tərəflərin siyasi iradəsi lazımdır. "İndi situasiya çətin deyil. Ancaq Ermənistanda parlament seçkiləri keçirilməlidir, buna görə çox ehtiyyatlı olmaq lazımdır. Hesab edirəm ki, problem Minsk Qrupunda yox, ölkələr arasındakı münasibətlərdədir. Minsk Qrupu addım-addım tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır. Mən hiss edirəm ki, problem həll olunacaq, amma nə vaxt olunacaq deyə bilmərəm». Cənab Brayza gələcək sazişin hansı prinsipinin və ya elementinin razılaşdırılmamış qalması ilə bağlı «Amerikanın səsi» radiosunun sualından yayınıb. "Biz razılaşmanın rəsmiləşdirilməsinin texniki detallarını müzakirə edirik. Lakin bu razılaşmanın şərhləri və xülasələri müxtəlif ola bilər" - deyə o qeyd edib. Metyu Brayza Bakıya gəlməmişdən öncə, Qazaxıstanda Transxəzər qaz kəməri ilə bağlı müzakirələr apardığını da deyib. «ABŞ Xəzər regionundan Avropa bazarına maksimal həcmdə qazın nəqlinə tərəfdardır. Bunun üçün region ölkələrinin hökumətlərinin və kompaniyalarının sıx əməkdaşlığı lazımdır. Biz bu sahədə Qazaxıstanla müzakirələr aparmışıq. Gərək bu ölkənin hökuməti də mövcud layihənin həyata keçirilməsinə hazır olsun. Yalnız şirkətlərin buna hazır olması kifayət deyil". O həmçinin bildirib ki, Türkmənistanda prezident seçkilərindən sonra Vaşinqton bu ölkənin yeni rəhbərliyi ilə energetika da daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq məqsədilə əlaqələri fəallaşdıracaq. Azərbaycana gəldikdə isə, cənab Brayza hesab edir ki, bu ölkənin qazı yaxın 10 ildə Avropa üçün əsas enerci mənbəyi olacaq.«Hesab edirik ki, Azərbaycan yaxın 10-15 ildə Avropaya əsas qaz ixracatçısı olacaq» -deyə o qeyd edib.
XS
SM
MD
LG