Accessibility links

Azərbaycanda ABŞ Sülh Korpusunun növbəti qrupu fəaliyyətə başlayıb


Sumqayıt şəhərində Amerika Sülh Korpusunun könüllülərinin növbəti andiçmə mərasimi olub. Sülh Korpusunun Azərbaycandakı ölkə direktoru Zolpan Siget bildirib ki, bu gün Amerikadan gəlmiş 61 könüllü and içir.

“Bu könüllülər sentyabrın 23-də Azərbaycana gəlib. 11 həftə Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi ilə bağlı ailələrlə birgə yaşayıblar. Bundan sonra iki il müddətində də könüllülər Azərbaycanın müxtəlif rayonlarında yerli əhali ilə eyni şəraitdə yaşayacaq və işləyəcək. İndiyədək 240 könüllü Azərbaycanın 45 rayonunda ingilis dili dərsləri deyib, biznes, bələdiyyə və gənclərlə iş sahəsində fəaliyyət göstərib”.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Donald Li Sülh Korpusu üzvlərinin Amerika mədəniyyətini Azərbaycanda nümayiş etdirməklə, missiyalarını uğurla başa vuracaqlarına ümid etdiyini bildirib.


XS
SM
MD
LG